×

"Sumqayıt-2" səfərdə "Zirə-2" ilə qarşılaşıb

15 Fevral 2023

I Divizionda 17-ci turun oyunları keçirilib. "Sumqayıt" FK-nın əvəzediciləri bu tur səfərdə "Zirə-2" ilə qarşılaşıb. Komandamız 1:3 hesabı ilə məğlub olub. Oyunda "Sumqayıt-2"-nin qolunun müəllifi 81-ci dəqiqədə Maqsud Ələkbərov olub.

 

Qeyd edək ki, "Sumqayıt-2" I Divizionun 18-ci turu çərçivəsində fevralın 21-də "Turan Tovuz-2"-ni qəbul edəcək. "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək qarşılaşmaya saat 14:00-da start veriləcək.

 

I Divizion, 18-ci tur

"Zirə-2" - "Sumqayıt-2" 3:1

Qollar: Samir Ağayev, 23; Xəqani Sadıxov, 39 (p.); 90 - Maqsud Ələkbərov, 81.