"Sumqayıt" FK "Zirə" ilə qarşılaşıb
Misli Premyer Liqası, 23-cü tur
"Sumqayıt" - "Zirə" 0:3
15 fevral 2025. Saat 19:00. M.H. adına Sumqayıt şəhər stadionu, 1300 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Tresor Mossi, 80 (qeyri-idman hərəkəti) // Hacıağa Hacılı, 87 (qeyri-idman hərəkəti)
Qollar: Rafael Utziq, 14; Salifu Suma, 36, 65
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 7. Rövlan Muradov (23. Ronaldo Vaskez, 46), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (12. Giorgi Karaişvili, 46), 19. Roi Kehat (29. Qabil Əlizadə, 78), 95. Miloş Miloviç (20. Ayxan Süleymanlı, 70), 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov (21. Nihad Əhmədzadə, 70).
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov.
Baş məşqçi: Vaqif Cavadov
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 90. Davit Volkov (15. Pyer Zebli, 71), 10. Giorgi Papunaşvili (6. Eldar Quliyev, 71), 23. Rafael Utziq (70. İssa Cibrila, 77), 3. Ange Mutsinzi, 17. Ayron Qomis (21. Hacıağa Hacılı, 85), 19. Salifu Suma (16. Fuad Bayramov, 85).
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Rəşad Sadıqov
Misli Premyer Liqasında 23-cü tur start götürüb. "Sumqayıt" FK bu tur Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Zirə"ni qəbul edib. Komandamız 0:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"nin qonağı olacaq. Fevralın 21-də "Neftçi Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Rəşad Sadıqov iddialı kollektiv formalaşdırıb. İlk hissədə fərdi səhvlərdən sadə toplar buraxdıq. Oyunun taleyi də məhz o qollardan sonra həll olundu. Yolumuza davam edirik. Ümidvaram ki bu uğursuzluğa gec-tez son verəcəyik".