"Sumqayıt" FK səfərdə "Neftçi" ilə qarşılaşıb
Misli Premyer Liqası, 24-cü tur
"Neftçi" - "Sumqayıt" 1:0
21 fevral 2025. Saat 19:00. “Neftçi Arena”, 200 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Kərim Zeynalov
Dördüncü hakim: Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Roi Kehat, 35 (qeyri-idman hərəkəti); Casurbek Caloliddinov, 41 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 90+5 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Samir Abasov, 62 (hakimin qərarına etiraz) // Vaqif Cavadov, 79 (hakimin qərarına etiraz)
Qol: Filip Ozobiç, 90+3 (p.)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.
“Neftçi”: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov (18. Ryonosuke Ohori, 82), 3. Höccət Haqverdi, 19. Azər Salahlı (20. Alfa Konte, 82), 4. Elvin Camalov, 14. Edvin Kuç (10. Filip Ozobiç, 82), 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu (91. Ağadadaş Salyanski, 57), 11. Aleks Fernandes (47. Murad Məmmədov, 57).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 23. Robert Bauer, 22. Dembo Darboe.
Baş məşqçi: Samir Abasov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (2. Sertan Taşkın, 86), 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı (8. Səbuhi Abdullazadə, 72), 19. Roi Kehat, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili, 11. Momo Yansane (9. Bobir Abdixolikov, 62), 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov (23. Ronaldo Vaskez, 86).
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov.
Baş məşqçi: Vaqif Cavadov
Misli Premyer Liqasında 24-cü tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Neftçi" ilə qarşılaşıb. Komandamız minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qarabağ"ı qəbul edəcək. Martın 3-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çox danışmaq istəmirəm. Oyunun gedişatını hər kəs gördü. Qol epizodları baxımından üstünlüyümüz var idi. Sadəcə sonluğu gətirə bilmədik. Bunların üzərində çalışacağıq. Komandamın oyunundan razı qaldım. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyunlara hazırlaşacağıq".