×

"Sumqayıt" FK Azərbaycan Kubokunda mübarizəni dayandırıb

27 Fevral 2025

Azərbaycan Kuboku: 1/4 final, cavab oyunu

"Sumqayıt" - "Sabah" 0:4

27 fevral 2025. Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1500 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Rauf Cabarov

VAR: Nicat İsmayıllı

AVAR: Rəhman İmami

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Ayxan Süleymanlı, 38 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 78 (qeyriidman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Aleksey Antonyuk (“Sabah”), 66 (hakimin qərarına etiraz)

Qollar: Anatoli Nuriyev, 54; Xəyal Əliyev, 71; Coy Lens Mikels, 82; Amin Seydiyev, 90+3

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı (19. Roi Kehat, 56), 95. Miloş Miloviç (21. Nihad Əhmədzadə, 74), 12. Giorgi Karaişvili (77. Casurbek Caloliddinov, 22); (23. Ronaldo Vaskez, 74), 11. Momo Yansane (30. Kamran Quliyev, 74), 60. Tresor Mossi, 9. Bobir Abdixolikov.

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sertan Taşkın, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov.

Baş məşqçi: Vaqif Cavadov

 

“Sabah”: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev (9. Anatoli Nuriyev, 51), 88. Xəyal Əliyev (15. Seymur Məmmədov, 86), 4. Sofian Çakla, 18. Pavol Safranko (20. Coy Lens Mikels, 80), 70. Cesse Sekidika (7. Boyan Letiç, 80), 3. Con İrasabal, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev (11. Kahim Parris, 86).

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 77. Şakir Seyidov, 32. Elgün Dünyamalıyev, 40. İqor Noqeyra, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç.

Baş məşqçi: Vasili Berezutski

 

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. "Sumqayıt" FK Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sabah"ı qəbul edib. Komandamız 0:4 hesabı ilə məğlub olub. Beləliklə "Sumqayıt" FK Azərbaycan Kubokunda mübarizəni dayandırıb.

 

Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İki fərqli hissə izlədik. Çox yaxşı rəqibə qarşı mübarizə apardıq. Hesab öz sözünü dedi. Artıq nəsə demək bir az çətindir".