"Sumqayıt" FK "Qarabağ"la qarşılaşıb
Misli Premyer Liqası, 25-ci tur
"Sumqayıt" - "Qarabağ" 0:2
3 mart 2025. Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1500 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Rəhman İmami, Şirmamed Mamedov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqə: yoxdur
Qollar: Kadi Borqes, 31; Leandro Andrade, 38
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 3 dəq.
“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k) (77. Casurbek Caloliddinov, 84), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın (75. Nadir Orucov, 84), 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskez (11. Momo Yansane, 68), 60. Tresor Mossi, 9. Bobir Abdixolikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı.
Baş məşqçi: Vaqif Cavadov
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 84), 22. Musa Qurbanlı (90. Nəriman Axundzadə, 78), 29. Marko Veşoviç (2. Mateus Silva, 70), 10. Abdullah Zubir (21. Aleksey Kaşuk, 70), 7. Yassin Benzia (24. Aleksey İsayev, 70), 8. Marko Yankoviç, 9. Kadi Borqes, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 66. Patrik Andrade, 19. Redon Cica, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov
Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur "Qarabağ"la üz-üzə gəlib. Komandamız rəqibinə 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Kəpəz"i qəbul edəcək. Martın 10-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 17:00-da start veriləcək.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çox danışmayacağam. Azarkeşlərə bizi tək buraxmadıqları üçün təşəkkür edirəm. Düşünürəm ki maraqlı oyuna şahidlik etdilər. İnanıram ki növbəti oyunlarda istədiyimizə nail olacağıq".