"Sumqayıt" FK "Kəpəz" üzərində qələbə qazanıb
Misli Premyer Liqası, 26-cı tur
"Sumqayıt" - "Kəpəz" 3:0
10 mart 2025. Saat 17:00. M.H. Sumqayıt şəhər stadionu, 800 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Elçin Məsiyev
VAR: Nicat İsmayıllı
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Miloş Miloviç, 78 (qeyri-idman hərəkəti); Tresor Mossi, 85 (qeyri-idman hərəkəti) // Dioqo Verdaska, 45+1 (qeyri-idman hərəkəti); Turan Manafov, 66 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, 69 (hakimin qərarına etiraz); Ehtiram Şahverdiyev, 90+1 (hakimin qərarına etiraz)
Qollar: Roi Kehat, 20; 51; Nihad Əhmədzadə, 90+3
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın (75. Nadir Orucov, 90), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (77. Casurbek Caloliddinov, 90), 20. Ayxan Süleymanlı, 19. Roi Kehat (6. Vüqar Mustafayev, 81), 95. Miloş Miloviç, 23. Ronaldo Vaskez (21. Nihad Əhmədzadə, 81), 60. Tresor Mossi, 9. Bobir Abdixolikov (11. Momo Yansane, 76).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 99. Silvanus Nimeli.
Baş məşqçi: Vaqif Cavadov.
“Kəpəz”: 1. Rojerio Santos, 99. Əli Səmədov (21. Camal Cəfərov, 46), 12. Turan Manafov, 5. Rauf Hüseynli (7. Ehtiram Şahverdiyev, 72), 8. Elmir Tağıyev, 9. Luis Paçu (19. Sadiq Şəfiyev, 72), 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili (10. Karim Lkoça, 46), 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev (11. Trent Buhagiar, 72).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 26. Valdemar Almeyda.
Baş məşqçi: Azər Bağırov.
Misli Premyer Liqasında 26-cı turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur doğma meydanda "Kəpəz"i qəbul edib. Vaqif Cavadovun yetirmələri rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"un qonağı olacaq. Martın 16-da Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:30-da start veriləcək.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Xeyli müddət idi ki çətin vəziyyətdə idik. Bugünkü oyun da çox vacib oyunlardan biri idi. Futbolçularım da bunu dərk edirdilər. Şükürlər olsun ki qələbə qazandıq. "Kəpəz"ə növbəti qarşılaşmalarda uğurlar arzu edirəm. Azər Bağırov çox yaxşı kollektiv formalaşdırıb".