×

"Sumqayıt" FK səfərdə "Turan Tovuz" üzərində qələbə qazanıb

17 Mart 2025

Misli Premyer Liqası, 27-ci tur

"Turan Tovuz" - "Sumqayıt" 1:2

16 mart 2025. Saat 18:30. Tovuz şəhər stadionu, 4700 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Müslüm Əliyev

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Kamal Umudlu

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Sarı vərəqə: Ayxan Süleymanlı, 82 (qeyri-idman hərəkəti)

Qollar: Ayxan Hüseynov, 8 // Ayxan Süleymanlı, 18; Bobir Abdixolikov, 64

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.

 

“Turan Tovuz”: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı (10. Xəyal Nəcəfov, 71), 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 32. Hayderson Hurtado (77. Veysəl Rzayev, 46), 6. Araş Qaderi, 40. Kauan Martins, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 29. Anton Kraçkovski.

Baş məşqçi: Kurban Berdiyev.

 

"Sumqayıt": 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın (7. Rövlan Muradov, 85), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat (6. Vüqar Mustafayev, 90), 5. Alan Dias, 23. Ronaldo Vaskez (21. Nihad Əhmədzadə, 90), 60. Tresor Mossi, 9. Bobir Abdixolikov (11. Momo Yansane, 77).

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 75. Nadir Orucov, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov.

Baş məşqçi: Vaqif Cavadov.

 

Misli Premyer Liqasında 27-ci tura yekun vurulub. "Sumqayıt" FK bu tur səfərdə "Turan Tovuz"un qonağı olub. Vaqif Cavadovun yetirmələri rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Sabah"ı qəbul edəcək. Martın 29-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Gərgin oyun keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Şükürlər olsun ki 3 xalı qazanan tərəf biz olduq. Rəqib komandaya, onların azarkeşlərinə də uğurlar arzu edirəm. Yolumuza davam edirik. İnşallah ki hər şey yaxşı olacaq".