×

"Sumqayıt" FK "Sabah"la heç-heçə edib

29 Mart 2025

Misli Premyer Liqası, 28-ci tur

"Sumqayıt" - "Sabah" 3:3

29 mart 2025. Saat 19:00. M.H. adına Sumqayıt şəhər stadionu, 1000 tamaşaçı

Baş hakim: Tural Qurbanov

Baş hakimin köməkçiləri: Asiman Əzizli, Rəhman İmami

Dördüncü hakim: Elçin Məsiyev

VAR: Rauf Cabarov

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Sarı vərəqə: yoxdur

Qollar: Ronaldo Vaskez, 18; Bobir Abdixolikov, 47; Momo Yansane, 87 // Umarali Raxmonaliyev, 6, 71; Tellur Mütəllimov, 77

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın (7. Rövlan Muradov, 67), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (77. Casurbek Caloliddinov, 81), 20. Ayxan Süleymanlı (99. Silvanus Nimeli, 90+1), 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskez (21. Nihad Əhmədzadə, 46), 60. Tresor Mossi, 9. Bobir Abdixolikov (11. Momo Yansane, 81).

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç.

Baş məşqçi: Vaqif Cavadov

 

“Sabah”: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov (88. Xəyal Əliyev, 56), 15. Seymur Məmmədov (9. Anatoli Nuriyev, 69), 32. Elgün Dünyamalıyev, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 13. İvan Lepiniça, 11. Kahim Parris (7. Boyan Letiç, 56), 33. Umarali Raxmonaliyev (8. Ayaz Quliyev, 85).

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 4. Sofian Çakla, 3. Con İrasabal, 99. Neqoş Kupusoviç, 83. Stefen Ende.

Baş məşqçi: Vasili Berezutski

 

Misli Premyer Liqasında 28-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur doğma meydanda "Sabah"la qarşılaşıb. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Araz-Naxçıvan"ın qonağı olacaq. Aprelin 7-də "Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

 

Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün çox baxımlı oyuna şahidlik etdik. Hər iki komandanın ifasında fərqli hissələr gördük. Düşünürəm ki, heç-heçə oyunun ədalətli nəticəsi oldu. "Sabah"a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Yolumuza davam edirik".