×

"Sumqayıt" FK səfərdə "Araz-Naxçıvan" ilə qarşılaşıb

7 Aprel 2025

Misli Premyer Liqası, 29-cu tur

"Araz-Naxçıvan" - "Sumqayıt" 2:0

7 aprel 2025. Saat 18:00. “Liv Bona Dea Arena”, 400 tamaşaçı

Baş hakim: Cavid Cəlilov

Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Eyyub İbrahimov

Dördüncü hakim: Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Nəriman Axundov

Sarı vərəqələr: Ayxan Süleymanlı, 9 (qeyri-idman hərəkəti); Miloş Miloviç, 52 (qeyriidman hərəkəti).

Qollar: Ramon Maçado, 21 (p.); Silvanus Nimeli, 66 (ö.q.)

Artırılan vaxt: I hissədə 5 dəq; II hissədə 3 dəq.

 

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev (6. Vadim Abdullayev, 83), 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado (7. Ülvi İsgəndərov, 78), 29. Vanderson Melo, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias (23. Nuno Rodriqes, 62).

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov.

Baş məşqçi: Elmar Baxşıyev

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın (75. Nadir Orucov, 78), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (99. Silvanus Nimeli, 46), 20. Ayxan Süleymanlı (24. Sənan Muradlı, 46), 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskez (77. Casurbek Caloliddinov, 70), 60. Tresor Mossi, 9. Bobir Abdixolikov (11. Momo Yansane, 64).

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 5. Alan Dias.

Baş məşqçi: Vaqif Cavadov

 

Misli Premyer Liqasında 29-cu turda yekun vurulub. "Sumqayıt" FK bu tur səfərdə "Araz-Naxçıvan" ilə qarşılaşıb. Komandamız 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Şamaxı"nı qəbul edəcək. Aprelin 12-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:15-də start veriləcək.

 

Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyuna pis başladıq. Bir neçə imkanımız olsa da bunları qola çevirə bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Növbəti matçlara hazırlaşacağıq".