×

"Sumqayıt" FK səfərdə "Qarabağ" ilə qarşılaşıb

4 May 2025

Misli Premyer Liqası, 33-cü tur

"Qarabağ" - "Sumqayıt" 2:0

4 may 2025. Saat 18:00. “Azersun Arena”, 1500 tamaşaçı

Baş hakim: Cavid Cəlilov

Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Gülnurə Əkbərzadə

Dördüncü hakim: Əkbər Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Sarı vərəqələr: Marko Yankoviç, 78 (hakimin qərarına etiraz) // Sənan Muradlı, 87 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Vaqif Cavadov, 70 (hakimin qərarına etiraz)

Qollar: Yassin Benzia, 59; Kadi Borqes, 82

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə (55. Bədavi Hüseynov, 76), 44. Elvin Cəfərquliyev (26. Amin Rzayev, 84), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə (22. Musa Qurbanlı, 76), 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, (24. Aleksey İsayev, 84), 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 76).

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 11. Emmanuel Addai.

Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə (6. Vüqar Mustafayev, 79), 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə (99. Silvanus Nimeli, 66) (24. Sənan Muradlı, 84), 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili (11. Momo Yansane, 66), 23. Ronaldo Vaskez, 60. Tresor Mossi (77. Casurbek Caloliddinov, 79), 9. Bobir Abdixolikov.

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 64. Kənan Feyziev, 19. Roi Kehat, 5. Alan Dias.

Baş məşqçi: Vaqif Cavadov

 

Misli Premyer Liqasında 33-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Qarabağ"la qarşılaşıb. Komandamız 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Kəpəz"in qonağı olacaq. Mayın 11-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

 

Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk öncə fürsətdən istifadə edərək "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edirəm. Matça gəldikdə isə deyə bilərəm ki çox güclü komandaya qarşı oynadıq. Bu heyətin avrokuboklarda çıxış edən heyət olduğunu nəzərə alsaq, biz hələ onlara qarşı mübarizə aparmağa qadir deyilik. İnanıram ki çətin günləri geridə qoyacağıq. Ümid edirəm, növbəti mövsüm daha da güclü kollektiv formalaşdıracağıq".