×

"Sumqayıt" FK ardıcıl 2-ci qələbəsini qazandı

22 Avqust 2025

Misli Premyer Liqası, 2-ci tur

"Qarabağ" - "Sumqayıt" 0:1

22 avqust 2025. Saat 19:30. “Azersun Arena”, 1000 tamaşaçı

Baş hakim: Cavid Cəlilov

Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Nicat İsmayıllı

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Sarı vərəqələr: Aleksa Yankoviç, 60 (qeyri-idman hərəkəti); Rauf Rüstəmli, 85 (qeyri-idman hərəkəti); Kamran Quliyev, 90+5 (hakimin qərarına etiraz)

Qol: Ronaldo Vaskez, 72

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

 

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov (44. Elvin Cəfərquliyev, 73), 22. Musa Qurbanlı (20. Kadi Borqes, 67), 32. Hikmət Cəbrayılzadə (8. Marko Yankoviç, 73), 3. Sami Mmae, 18. Dani Bolt (15. Leandro Andrade, 67), 6. Kris Kuaku, 21. Aleksey Kaşuk (10. Abdullah Zubir, 67), 11. Emmanuel Addai.

Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 90. Nəriman Axundzadə, 2. Mateus Silva, 35. Pedro Bikalyo.

Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə (21. Nihad Əhmədzadə, 77), 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (6. Rauf Rüstəmli, 77), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez (10. Nikola Ninkoviç, 84), 80. Keffel Resende (20. Ayxan Süleymanlı, 65), 11. Aleksa Yankoviç (71. Masaki Murata, 65), 25. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev.

Baş məşqçi: Saşa İliç

 

Misli Prermyer Liqasında 2-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Qarabağ" ilə qarşılaşıb. Komandamız Ronaldo Vaskezin qolu ilə rəqibi üzərində minimal hesablı qələbə qazanıb (1:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Şamaxı"nı qəbul edəcək. Avqustun 29-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:30-da start veriləcək.

 

Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): "Biz Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür rəqiblərə qarşı matçlarda uğurlu nəticə qazanmaq üçün gərək maksimumuzu verəsiniz və bəxtiniz də olsun. Bilirəm ki, "Qarabağ" bizə qarşı əsas heyətlə oynamadı. Onların Çempionlar Liqasında vacib oyunu var. Ümid edirəm ki, onlar Liqa mərhələsinə düşəcək və bununla mən də fəxr edəcəm".