"Sumqayıt" FK "Şamaxı" ilə heç-heçə edib
Misli Premyer Liqası, 3-cü tur
"Sumqayıt" - "Şamaxı" 1:1
29 avqust 2025. Saat 18:30. M.H. Sumqayıt şəhər stadionu, 2700 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov
Dördüncü hakim: Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Sarı vərəqələr: Keffel Resende, 23 (qeyri-idman hərəkəti) // Emil Süleymanov, 7 (qeyri-idman hərəkəti)
Qollar: Rikardo Apolinario, 63 (ö.q.) // Edqar Adilxanov, 76
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 5 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (6. Rauf Rüstəmli, 84), 9. Aleksandr Ramalinqom (10. Nikola Ninkoviç, 67), 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez (30. Kamran Quliyev, 84), 71. Masaki Murata (11. Aleksa Yankoviç, 57), 80. Keffel Resende (20. Ayxan Süleymanlı, 84), 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k) (7. Edqar Adilxanov, 74), 5. Arsen Ağcabəyov, 27. Emil Süleymanov (8. Alfons Msanqa, 46), 82. Rüfət Abbasov, 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 74), 10. Andrey Tirkoveanu (97. Oruc Məmmədov, 86), 3. Vladislav Veremeyev (6. Antonio Lara, 86), 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 21. Bilal İsmayılov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı.
Baş məşqçi: Ayxan Abbasov
Misli Premyer Liqasında 3-cü tura start verilib. "Sumqayıt" FK doğma meydanda "Şamaxı" ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "İmişli"nin qonağı olacaq. Sentyabrın 13-də Quba OİK stadionunda keçiriləcək qarşılaşmaya saat 16:30-da start veriləcək.
Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bizim üçün çox çətin oldu. Hər iki tərəf də qələbə qazana bilərdi. İlk hissəni yaxşı oynasaq da, ikinci yarıda işlər istədiyimiz kimi alınmadı. Bəzən yaxşı müdafiə də qol buraxa bilər. Bugünkü oyunda bunun şahidi olduq. Məncə ilk 3 oyun üçün 7 xal kifayət qədər yaxşı nəticədir. Nəzərə alsaq ki hələ çempionatın startıdır, oyunçular bir-birinə tam alışmayıb. Zamanla bunlar düzələcək".