"İmişli" - "Sumqayıt" matçının nəticəsi dəyişdirilib
18 Sentyabr 2025
Bu gün AFFA İntizam Komitəsinin iclasında bir sıra qərarlar qəbul edilib. Misli Premyer Liqasının 4-cü turunda baş tutmuş “İmişli” – “Sumqayıt” qarşılaşmasında rəqib komandanın heyətində adı oyunun iştirak ərizəsində olmayan futbolçu meydana daxil olduğu üçün komandamıza texniki qələbə verilib (3:0).