×

"Sumqayıt" FK "Neftçi" ilə qarşılaşıb

21 Sentyabr 2025

Misli Premyer Liqası, 5-ci tur

"Sumqayıt" - "Neftçi" 0:2

21 sentyabr 2025. Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 3500 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Əkbər Əhmədov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Sarı vərəqələr: Səbuhi Abdullazadə, 52 (qeyri-idman hərəkəti); Ronaldo Vaskez, 65 (hakimin qərarına etiraz); Rüstəm Əhmədzadə, 81 (hakimin qərarına etiraz) // Sessi Dalmeyda, 29 (qeyri-idman hərəkəti); Freddi Varqas, 90 (oyunun bərpasının ləngidilməsi)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 31 (hakimin qərarına etiraz)

Qollar: Ağadadaş Salyanskiy, 79; Alessio Kurçi, 90+2

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (10. Nikola Ninkoviç, 83), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez (71. Masaki Murata, 70), 80. Keffel Resende, 11. Aleksa Yankoviç (21. Nihad Əhmədzadə, 70), 25. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 75. Nadir Orucov, 97. Vüsal Paşayev.

Baş məşqçi: Saşa İliç

 

“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu (22. Luis Ortis, 59), 11. İmad Faraj (28. Alessio Kurçi, 90), 10. Freddi Varqas (4. Elvin Camalov, 90), 23. Cordan Rezabala (19. Ağadadaş Salyanski, 73).

Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 5-ci turun oyunları baş tutub. "Sumqayıt" FK "Neftçi" ilə qarşılaşıb. Komandamız 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda səfərdə "Sabah"la qarşılaşacaq. 28 sentyabr tarixində "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): “Bu gün maraqlı oyun keçdi. Yaratdığımız şanslardan istifadə edə bilmədik. Çox yersiz qol buraxdıq. Bu, futboldur, belə şeylər olur. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm”.