"Sumqayıt" FK "Karvan-Yevlax" üzərində böyükhesablı qələbə qazanıb
Misli Premyer Liqası, 8-ci tur
"Sumqayıt" - "Karvan-Yevlax" 4:1
18 oktyabr 2025. Saat 18:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Keffel Resende, 25 (qeyri-idman hərəkəti); Aleksa Yankoviç, 26 (qeyri-idman hərəkəti); Nikola Ninkoviç, 76 (hakimin qərarına etiraz) // Eltun Turabov, 10 (qeyri-idman hərəkəti); İmani Barker, 58 (qeyri-idman hərəkəti)
Qollar: Ronaldo Vaskez, 12; Aleksandr Ramalinqom, 54 (p.), 65 (p.); Aleksa Yankoviç, 59 // Coy Sleyd Mikels, 44
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov (k), 6. Rauf Rüstəmli (8. Səbuhi Abdullazadə, 46), 75. Nadir Orucov (25. Abdul Raşid Mumini, 61), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom (10. Nikola Ninkoviç, 70), 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 71. Masaki Murata (7. Rüstəm Əhmədzadə, 61), 80. Keffel Resende, 11. Aleksa Yankoviç (21. Nihad Əhmədzadə, 70).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov. 3. Höccət Haqverdi, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç.
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov (32. Elvin Yunuszadə, 68), 42. İbrahim Qədirzadə (11. Kayl Spens, 78), 20. Coy Sleyd Mikels (14. Uğur Cahangirov, 78), 2. Şakil Sno, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs (10. Samuel Durrant, 46), 21. İmani Barker, 4. Olavale Doyeni (18. Süleyman Əhmədov, 20).
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 12. Vitor Roşa, 37. Mois Nqvisani.
Baş məşqçi: Azər Həşimov
Misli Premyer Liqasında 8-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur doğma meydanda "Karvan-Yevlax"la qarşılaşıb. Saşa İliçin rəhbərlik etdiyi komanda rəqibi üzərində 4:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə"nin qonağı olacaq. Oktyabrın 25-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 18:30-da start veriləcək.
Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): “Nəhayət ki uğursuzluq zolağından çıxmağı bacardıq. Qələbəyə görə sevinirik. Lakin oyunumuzdan razı qalmadım. Ələ düşən şansları çox qaçırdıq. Hal-hazırda əsas məqsədimiz optimal heyət formalaşdırıb qarşıdakı oyuna hazırlaşmaqdır”.