"Sumqayıt" FK "Araz-Naxçıvan" üzərində qələbə qazanıb
Misli Premyer Liqası, 10-cu tur
"Sumqayıt" - "Araz-Naxçıvan" 3:2
2 noyabr 2025. Saat 18:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1200 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Zöhrab Abbasov
Dördüncü hakim: Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Aleksandr Ramalinqom, 36 (qeyri-idman hərəkəti); Aleksa Yankoviç, 43 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 90+3 (oyunun bərpasının ləngidilməsi) // Patrik Andrade, 84 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Saşa İliç, 57 (hakimin qərarına etiraz)
Qollar: Roi Kehat, 17; 79; Ronaldo Vaskez, 69 // Şarl Boli, 41; Patrik Andrade, 51
Artırılan vaxt: I hissədə yoxdur dəq; II hissədə 5 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov (k), 7. Rüstəm Əhmədzadə, 6. Rauf Rüstəmli (10. Nikola Ninkoviç, 64), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom (3. Höccət Haqverdi, 88), 14. Pedro Pinto, 72. Rayan Senhadji, 71. Masaki Murata (23. Ronaldo Vaskez, 64), 80. Keffel Resende, 11. Aleksa Yankoviç (95. Nsana Simon, 81), 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 8. Coşqun Diniyev (14. Ülvi İsgəndərov, 80), 24. Mustafa Əhmədzadə (7. Hamidu Keyta, 73), 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos (16. Ramon Maçado, 80), 11. Ba-Muaka Simakala (19. Bar Kohen, 73), 77. Bruno Franko, 70. Şarl Boli (23. Nuno Rodriqes, 80).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev.
Baş məşqçi: Elmar Baxşıyev
Misli Premyer Liqasında 10-cu turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb. Komandamız 3:2 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qəbələ"nin qonağı olacaq. Noyabrın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 16:44-də start veriləcək.
Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): "Düşünürəm ki azarkeşlər üçün kifayət qədər maraqlı bir oyun keçdi. Qarşılaşmada ümumi 5 qol izlədik və nəticədə sevinən tərəf biz olduq. Yaxşı texnikaya malik olan futbolçulardan ibarət bir komandaya qarşı oynadıq. Oyunda geridönüş edə bildiyimiz üçün çox şadam. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm”.