×

"Sumqayıt" FK ilk dövrəni qələbə ilə başa vurub

7 Noyabr 2025

Misli Premyer Liqası, 11-ci tur

"Qəbələ" - "Sumqayıt" 0:2

7 noyabr 2025. Saat 16:44. Qəbələ şəhər stadionu, 300 tamaşaçı

Baş hakim: Rəşad Əhmədov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Eyyub İbrahimov

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Sarı vərəqə: Adriel Ba Loua, 6 (qeyri-idman hərəkəti); Xayme Syerra, 65 (qeyri-idman hərəkəti) // Abdul Raşid Mumini, 9 (qeyri-idman hərəkəti); Ronaldo Vaskez, 13 (hakimin qərarına etiraz); Nikola Ninkoviç, 65 (qeyri-idman hərəkəti); Pedro Pinto, 85 (qeyri-idman hərəkəti)

Qollar: Rüstəm Əhmədzadə, 55; Aleksandr Ramalinqom, 82

Qolla nəticələnməyən penalti: Aleksandr Ramalinqom, 55

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev (66. Nuğay Rəşidov, 85), 27. Eşqin Əhmədov (12. İbrahim Sanqare, 66), 50. Adriel Ba Loua, 42. Jondo Fuxs (10. Şahin Şahniyarov, 66), 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo (70. Paulo Quimbila, 85), 30. Prins Ovusu (97. Elşad Tağıyev, 85).

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 7. Rüfət Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov.

Baş məşqçi: Kaxaber Tsxadadze

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (95. Nsana Simon, 76), 9. Aleksandr Ramalinqom (3. Höccət Haqverdi, 83), 14. Pedro Pinto, 10. Nikola Ninkoviç (71. Masaki Murata, 66), 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez (21. Nihad Əhmədzadə, 83), 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Rauf Rüstəmli, 75. Nadir Orucov, 66. Ruslan Əliyev.

Baş məşqçi: Saşa İliç

 

Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilib. "Sumqayıt" FK ilk dövrənin sonuncu matçında səfərdə "Qəbələ"nin qonağı olub. Saşa İliçin yetirmələri rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, komandamız növbəti turda "Qarabağ"ı qəbul edəcək. Noyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çətin rəqiblərdən birinə qarşı oyun keçirdik. Hər iki komanda sürətli oyun sərgilədi. İlk qoldan sonra rəqibin təzyiqi ilə üzləşdik. Lakin toparlanıb 2-ci qolu da vuraraq inamlı qələbə qazandıq. Komandamı və azarkeşlərimizi təbrik edirəm”.