"Sumqayıt" FK "Qarabağ"la qarşılaşıb
Misli Premyer Liqası, 12-ci tur
"Sumqayıt" - "Qarabağ" 2:4
21 noyabr 2025. Saat 19:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 9100 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Kərim Zeynalov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Rayan Senhadji, 14; 60 (qeyri-idman hərəkəti); Pedro Pinto, 69 (qeyri-idman hərəkəti) // Mateus Silva, 2 (qeyri-idman hərəkəti); Emmanuel Addai, 11 (qeyri-idman hərəkəti); Kevin Medina, 36 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Rayan Senhadji, 60
Qollar: Höccət Haqverdi, 31; Nsana Simon, 84 // Leandro Andrade, 6; Toral Bayramov, 42; Abdullah Zubir, 63; Aleksey Kaşuk, 90+3
Qolla nəticələnməyən penalti: Aleksandr Ramalinqom, 77
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə (19. Roi Kehat, 69), 8. Səbuhi Abdullazadə (k) (6. Rauf Rüstəmli, 78), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 71. Masaki Murata (10. Nikola Ninkoviç, 69), 80. Keffel Resende (75. Nadir Orucov, 78), 11. Aleksa Yankoviç (95. Nsana Simon, 69), 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 23. Ronaldo Vaskez.
Baş məşqçi: Saşa İliç
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə (18. Dani Bolt, 70), 27. Toral Bayramov (7. Nəriman Axundzadə, 78), 10. Abdullah Zubir (k) (44. Elvin Cəfərquliyev, 70), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Joni Montiel (8. Marko Yankoviç, 70), 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 78), 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 3. Sami Mmae, 6. Kris Kuaku.
Baş məşqçi: Qurban Qurbanov
Misli Premyer Liqasında bu gün 12-ci tura start verilib. "Sumqayıt" FK turun ikinci qarşılaşmasında doğma meydanda "Qarabağ"ı qəbul edib. Komandamız 2:4 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Şamaxı"nın qonağı olacaq. Noyabrın 30-da Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 14:00-da start veriləcək.
Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): “Əvvəlcə bu gün stadionu doldurub bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. “Qarabağ”a qarşıdakı Çempionlar Liqası matçında uğurlar diləyirəm. Baxımlı oyun keçdi. İlk 10 dəqiqədə sanki komandam oyundan qopmuşdu. Lakin hesabı bərabərləşdirərək toparlanmağa başladıq. İkinci hissəyə isə daha inamlı başlamışdıq, amma qırmızı vərəqə almağımız hər şeyi alt-üst etdi. “Qarabağ” kimi komandaya bir nəfər azlıqda oynamaq çətindir. Ümumilikdə 6 qola şahidlik etdik, kifayət qədər də qol imkanları oldu. Düşünürəm ki azarkeşlər bugünkü oyundan zövq aldı. Göstərdikləri əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm”.