"Sumqayıt" FK "Şamaxı" səfərində əzmkar qələbə qazanıb
Misli Premyer Liqası, 13-cü tur
"Şamaxı" - "Sumqayıt" 1:2
30 noyabr 2025. Saat 14:00. Şamaxı şəhər stadionu, 800 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Tərlan Talıbzadə
Dördüncü hakim: Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Rikardo Fernandes, 88 (hakimin qərarına etiraz) // Nadir Orucov, 38 (qeyri-idman hərəkəti); Ronaldo Vaskez, 62 (qeyri-idman hərəkəti); Abdul Raşid Mumini, 68 (qeyri-idman hərəkəti); Aleksandr Ramalinqom, 90+2 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Saşa İliç, 62 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Ayxan Abbasov, 88 (rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə) // Saşa İliç, 88 (qeyri-etik ifadə və ya jest)
Qollar: Karim Rossi, 70; // Aleksa Yankoviç, 88; Aleksandr Ramalinqom, 90+1
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov (7. Edqar Adilxanov, 67), 82. Rüfət Abbasov (80. Həbib İsmayılov, 83), 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 88), 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario (6. Antonio Lara, 88), 11. Dioqo Balau (17. Rafael Məhərrəmli, 83), 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 24. Sənan Muradlı, 90. Davud Mənsumov.
Baş məşqçi: Ayxan Abbasov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov (11. Aleksa Yankoviç, 46), 19. Roi Kehat (95. Nsana Simon, 76), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskez, 71. Masaki Murata (10. Nikola Ninkoviç, 76), 80. Keffel Resende, 25. Abdul Raşid Mumini (21. Nihad Əhmədzadə, 83).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç
Misli Premyer Liqasında 13-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Şamaxı" ilə qarşılaşıb. Komandamız oyunun gedişində hesabda geri düşsə də sonda geridönüş etməyi bacarıb və rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "İmişli"ni qəbul edəcək. Dekabrın 9-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.
Veliçko Kaplanoviç ("Sumqayıt" FK-nın məşqçisi): "Qələbə qazandığımız üçün sevincliyik. Sona qədər xarakter göstərdik. Bəzi itkilərimiz də var idi. “Şamaxı” kimi komandadan ilk qolu buraxdıqdan sonra oynamaq biraz çətin olur. Lakin biz bunun öhdəsindən gəldik, geridönüş edərək 3 xalı qazandıq. Futbolçuları və azarkeşlərimizi təbrik edirəm”.