×

"Sumqayıt" FK Bizon Azərbaycan Kubokunda 1/4 finala yüksəlib

4 Dekabr 2025

Bizon Azərbaycan Kuboku, 1/8 final mərhələsi

"Difai" - "Sumqayıt" 1:3

4 dekabr 2025. Saat 19:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1200 tamaşaçı

Baş hakim: Nicat İsmayıllı

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Zöhrab Abbasov

Dördüncü hakim: Vüqar Həsənli

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Sarı vərəqələr: Əsgər Hüseynov, 74 (hakimin qərarına etiraz); Roman Hüseynov, 81 (hakimin qərarına etiraz); 83 (qeyri-idman hərəkəti) // Nadir Orucov, 22 (qeyri-idman hərəkəti); Rayan Senhadji, 35 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Roman Hüseynov, 83

Qollar: Kamil Qardaşlı, 67 // Ronaldo Vaskez, 9; 75 (p.); Aleksandr Ramalinqom, 90+2

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə - 4 dəq.

 

“Difai”: 1. Sadiq Məmmədzadə, 77. Roman Hüseynov (k), 27. Əsgər Hüseynov, 20. Nemət Musayev (55. Nazim Həsənzadə, 55), 11. Bayraməli Qurbanov, 5. Nihad Həsənzadə, 17. Emin Məcidzadə (19. Hacıəli Şirəliyev, 55), 44. Rüfət Tahirov, 23. Kamil Qardaşlı, 16. Altayturan Bektaşoğlu (7. Fərid Kazımzadə, 75), 8. Kamil Sadiqov (10. Musa Musazadə, 62).

Ehtiyat oyunçular: 12. Tural Mirsultanov, 24. Miraqşin Abasov, 21. Mühəmməd Həsənov, 6. Nihad İsmayılov, 18. Kristian Kamta.

Məşqçi: Aydın Qasımov

 

“Sumqayıt”: 22. Xəyal Fərzullayev (k), 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə (9. Aleksandr Ramalinqom, 80), 75. Nadir Orucov 97, Vüsal Paşayev, 10. Nikola Ninkoviç (19. Roi Kehat, 62), 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 71. Masaki Murata (66. Ruslan Əliyev, 80), 95. Nsana Simon (8. Səbuhi Abdullazadə, 70), 11. Aleksa Yankoviç (7. Rüstəm Əhmədzadə, 62).

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 37. Nihad Orucəli, 14. Pedro Pinto, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.

Baş məşqçi: Saşa İliç

 

Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. "Sumqayıt" FK bu mərhələdə "Difai" ilə qarşılaşıb. Komandamız 3:1 hesablı qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK bu mərhələdə "Zirə" ilə qarşılaşacaq. 1/4 finalın ilk oyunları 3-4 fevral, cavab oyunları isə 3-4 mart tarixlərində keçiriləcək.

 

Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu mərhələni keçmək bizim üçün vacib idi. Nəticə yaxşıdır, lakin oyunumuz istədiyim kimi alınmadı. Bəzi səhvlərimiz oldu. Çempionatda bu cür səhvlər bağışlanılmır. Artıq bu oyunu unudub növbəti matça köklənmək və səhvləri aradan qaldırmağa çalışmaq lazımdır”.