×

"Sumqayıt" FK "İmişli" üzərində qələbə qazanıb

9 Dekabr 2025

Misli Premyer Liqası, 14-cü tur

"Sumqayıt" - "İmişli" 1:0

9 dekabr 2025. Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 910 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Kərim Zeynalov

Dördüncü hakim: Əkbər Əhmədov

VAR: Əli Əliyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Sarı vərəqələr: Aleksa Yankoviç, 55 (qeyri-idman hərəkəti); Abdul Raşid Mumini, 89 (qeyri-idman hərəkəti); Xəyal Fərzullayev, 90+6 (oyunun bərpasının ləngidilməsi) // Edvin Banquera, 52 (qeyri-idman hərəkəti); Ronaldo de Souza, 90+13 (qeyri-idman hərəkəti); Luis Silvestr, 90+13 (qeyri-idman hərəkəti); İbrahim Əliyev, oyundan sonra (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Veliçko Kaplanoviç, 90+13 (oyunun bərpasını ləngitdiyinə görə)

Qol: Rüstəm Əhmədzadə, 83

Qolla nəticələnməyən penalti: İbrahim Əliyev, 90+9

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

 

“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (71. Masaki Murata, 75), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç (95. Nsana Simon, 65), 72. Rayan Senhadji, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (6. Rauf Rüstəmli, 88), 25. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.

Məşqçi: Veliçko Kaplanoviç

 

“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 94. Rafael Vieqaş (44. Həzrət İsayev, 90+1), 10. Nikola Karaklaiç (21. Abbas Ağazadə, 46), 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Mozes (5. İdris İnqilablı, 46), 9. Dioqo Almeyda, 23. Dioqo Rollo (77. Elmir Rəhimzadə, 90+1), 17. Ezekiel Morqan (22. İbrahim Əliyev, 90+1), 7. Luis Silvestr.

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.

Baş məşqçi: Jorj Kaşkilya

 

Misli Premyer Liqasında 14-cü tura yekun vurulub. "Sumqayıt" FK bu tur doğma meydanda "İmişli" ilə üz-üzə gəlib. Komandamız rəqibindən minimal hesabla üstün olub (1:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"nin qonağı olacaq. Dekabrın 15-də "Palms Sports Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Şahin Abdullayev ("Sumqayıt" FK-nın məşqçisi): “Gözlənilən kimi ağır oyun oldu. “İmişli” yaxşı müdafiə olunan komandadır. Onlara qarşı ilk oyunda da çətinlik çəkmişdik. Təəssüf ki çox qol epizodu yarada bilmədik. Amma yekunda son dəqiqələrdə qolu vurub 3 xalı qazanan tərəf biz olduq. “İmişli”yə növbəti oyunlarda uğurlar arzu edirəm”.