"Sumqayıt" FK "Turan Tovuz"la qarşılaşıb
Misli Premyer Liqası, 17-ci tur
"Turan Tovuz" - "Sumqayıt" 2:1
25 yanvar 2026. Saat 16:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 3000 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Xorxe Silva, 71 (qeyri-idman hərəkəti); Faiq Hacıyev, 80 (qeyri-idman hərəkəti) // Pedro Pinto, 52 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Yunis Hüseynov (“Turan Tovuz”), 90+3 (texniki zona qaydalarını pozduğuna görə)
Qollar: Hayderson Hurtado, 13; Rəhim Sadıxov, 69 // Hayderson Hurtado, 61 (ö.q.)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Turan Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç (19. Roberto Olabe, 89), 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k) (3. Enrike Silva, 81), 11. Ayxan Hüseynov (8. David Tavareş, 89), 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. Vadji İbrahima (90. Joarlem Santos, 66), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 2. Abdulla Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev.
Baş məşqçi: Kurban Berdiyev
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (71. Masaki Murata, 75), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 95. Nsana Simon (29. Emil Mustafayev, 75), 25. Abdul Raşid Mumini (11. Aleksa Yankoviç, 56).
Ehtiyat oyunçular: 56. Aftandil Arixov, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Məşqçi: Veliçko Kaplanoviç
Misli Premyer Liqasında 17-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur "Turan Tovuz"la qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Karvan-Yevlax"ın qonağı olacaq. Yanvarın 30-da Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 14:30-da start veriləcək.
Veliçko Kaplanoviç ("Sumqayıt" FK-nın məşqçisi): “İlk hissədəki çıxışımız gözlədiyimizdən zəif alındı. Standart vəziyyətlərdə problemlərimiz oldu, rəqib də bundan istifadə etməyi bacardı. Hətta deyərdim bəxtimiz gətirdi ki belə epizodlardan az qol buraxdıq. İkinci hissəni isə nisbətən yaxşı çıxış etdik. Fərqlənmək üçün bir neçə şansımız da oldu. Belə komandalara qarşı hər iki hissədə daha yaxşı çıxış etmək lazımdır. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.