×

"Sumqayıt" FK səfərdə "Karvan-Yevlax"a qalib gəlib

30 Yanvar 2026

Misli Premyer Liqası, 18-ci tur

"Karvan-Yevlax" - "Sumqayıt" 0:2

30 yanvar 2026. Saat 14:30. Yevlax şəhər stadionu, 700 tamaşaçı

Baş hakim: Əli Əliyev

Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Zöhrab Abbasov

Dördüncü hakim: Murad Səlimov

VAR: İnqilab Məmmədov

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Sarı vərəqələr: Araz Abdullayev, 28 (qeyri-idman hərəkəti); Elvin Yunuszadə, 60 (qeyriidman hərəkəti) // Keffel Resende, 77 (oyunun bərpasının ləngidilməsi); Roi Kehat, 81 (qeyri-idman hərəkəti)

Qollar: Aleksa Yankoviç, 20; Ronaldo Vaskez, 33

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

 

“Karvan-Yevlax”: 99. Pedro Mateuş (1. Kamran İbrahimov, 46), 7. Araz Abdullayev (k) (17. Samir Abdullayev, 46), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli (32. Elvin Yunuszadə, 30), 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (14. Uğur Cahangirov, 76), 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni (33. Eltun Turabov, 46).

Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 77. Əli Abdullayev, 8. Peter Kings, 10. Samuel Durrant, 21. İmani Barker.

Baş məşqçi: Füzuli Məmmədov

 

“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (71. Masaki Murata, 77), 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynıy, 23. Ronaldo Vaskez (7. Rüstəm Əhmədzadə, 66), 80. Keffel Resende (97. Vüsal Paşayev, 84), 95. Nsane Simon (19. Roi Kehat, 46), 11. Aleksa Yankoviç (37. Nihad Orucəli, 66), 25. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev.

Baş məşqçi: Saşa İliç

 

Misli Premyer Liqasında 18-ci tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Karvan-Yevlax"la üz-üzə gəlib. Saşa İliçin yetirmələri rəqibi üzərində 2:0 hesabı ilə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə"ni qəbul edəcək. Fevralın 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:30-da start götürəcək.

 

Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): “Əslində bizim üçün çox vacib 3 xal idi. Qalib gəlsək də oyunumuzdan tam razı qaldım deyə bilmərəm. Paslar və cərimə zərbələri zamanı səhvlərə yol verirdik ki bu da qapımızda təhlükə ilə nəticələnirdi. Oyunumuzu daha təkmilləşdirmək üçün bunların üzərində çalışıb növbəti oyuna hazırlaşacağıq”.