×

"Sumqayıt" FK "Zirə" ilə qarşılaşıb

8 Fevral 2026

Misli Premyer Liqası, 19-cu tur

"Sumqayıt" - "Zirə" 2:3

8 fevral 2026. Saat 18:30. M.H. Sumqayıt şəhər stadionu, 700 tamaşaçı

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Teymur Teymurov

Dördüncü hakim: Alik Yunusov

VAR: Rauf Cabarov

AVAR: Kamran Əliyev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Anar Şixəliyev

Sarı vərəqələr: Danilo Beskorovaynıy, 42 (qeyri-idman hərəkəti); Masaki Murata, 71 (qeyri-idman hərəkəti)

Qollar: Nikola Ninkoviç, 27; Alekdanr Ramalinqom, 50 // Davit Volkov, 24; Qismət Alıyev, 36; Giorgi Papunaşvili, 89

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k) (19. Roi Kehat, 46), 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (21. Nihad Əhmədzadə, 81), 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynıy, 23. Ronaldo Vaskez, 71. Masaki Murata, 11. Aleksa Yankoviç (7. Rüstəm Əhmədzadə, 72).

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 25. Abdul Raşid Mumini.

Baş məşqçi: Saşa İliç

 

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli (26. Stefan Aka, 90), 7. Rövlan Muradov (28. Leroy Mikels, 71), 19. Rüfət Abdullazadə (10. Giorgi Papunaşvili, 64), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov (77. Yeqor Boqomolski, 71), 5. Ange Mutsinzi, 11. Junior Martins (29. Ceyhun Nuriyev, 64), 17. Ayron Qomis.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 43. Əhliman Süleymanzadə, 6. Eldar Quliyev.

Baş məşqçi: Rəşad Sadıqov

 

Misli Premyer Liqasında 19-cu turun oyunları keçirilib. "Sumqayıt" FK Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Zirə" ilə qarşılaşıb. Komandamız 2:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Araz-Naxçıvan"ın qonağı olacaq. Fevralın 15-də "Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşmaya saat 17:00-da start veriləcək.

 

Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): “Nəticə ürəyimizcə olmasa da, maraqlı oyun getdi, gözəl qollara şahidlik etdik. Müdafiə xəttində bir sıra dəyişikliklər etmişdik. Lakin bunun nəticəyə təsiri olmadığını düşünürəm. Artıq bugünkü oyunu unudub növbəti oyuna hazırlaşmalıyıq”.