"Sumqayıt" FK "Neftçi" ilə qarşılaşıb
Misli Premyer Liqası, 26-cı tur
"Sumqayıt" - "Neftçi" 1:3
5 aprel 2026. Saat 18:00. M.H. Sumqayıt şəhər stadionu, 1950 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Eyyub İbrahimov
Dördüncü hakim: Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqə: Sənan Muradlı, 34 (qeyri-idman hərəkəti)
Qollar: Nikola Ninkoviç, 53 // Freddi Varqas, 36 (p.); İfeanyi Metyu, 65; Vensan Abubakar, 89
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə (21. Nihad Əhmədzadə, 74), 8. Səbuhi Abdullazadə (k) (29. Emil Mustafayev, 79), 24. Sənan Muradlı, 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (11. Aleksa Yankoviç, 74), 72. Rayan Senhadji, 6. Sedrik Badolo (23. Ronaldo Vaskez, 79), 95. Nsana Simon (71. Masaki Murata, 74).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 37. Nihad Orucəli, 33. Danilo Beskorovaynıy.
Baş məşqçi: Saşa İliç
“Neftçi”: 13. Kenan Piriç (k), 4. Elvin Camalov (23. Cordan Rezabala, 65), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu (6. Sessi Dalmeyda, 78), 33. Breno Almeyda (47. Murad Məmmədov, 65), 11. İmad Faraj (28. Alessio Kurçi, 78), 10. Freddi Varqas (45. Vensan Abubakar, 81).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanskiy, 14. Edvin Kuç, 70. Andrey Ştoqrin, 22. Luis Ortis.
Baş məşqçi: Yuri Vernidub
Misli Premyer Liqasında 26-cı turun oyunları keçirilib. "Sumqayıt" FK Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi" ilə qarşılaşıb. Komandamız 1:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"un qonağı olacaq. Aprelin 12-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.
Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): “İlk növbədə “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Yenə də fərdi səhvlər nəticəsində qollar buraxdıq, bu da yekunda məğlubiyyətə gətirib çıxardı. Biz məşqçilər korpusu olaraq hər dəfə tapşırıqlarımızı versək də, bu fərdi səhvlər təkrarlanmağa davam edir. Elə olduğu təqdirdə də güclü rəqiblər bunu bağışlamır”.