×

Filipe Kandido “Sumqayıt” Futbol Klubunun baş məşqçisi təyin olunub

9 İyul 2026

“Sumqayıt” Futbol Klubunun yeni baş məşqçisi məlum olub. Klubumuz portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalayıb.

 

Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.