×

Səbuhi Abdullazadə ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb

14 Mart 2023

“Sumqayıt” Futbol Klubu yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə davam etməkdə olan müqaviləni yeniləyib. 21 yaşlı futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər anlaşma əldə olunub.

 

Qeyd edək ki, futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyan Səbuhi Abdullazadə 15 yaşı olarkən, 2017/18 mövsümündə Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017). Premyer Liqada ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub. Qeyd edək ki, Səbuhi Abdullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.