×

“Sumqayıt” FK Ronaldo Vaskez ilə müqaviləni yeniləyib

15 Avqust 2026

“Sumqayıt” FK 2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirir. Komandamız yarımmüdafiəçi Ronaldo Vaskez ilə müqaviləni 1+1 il şərti ilə yeniləyib. 


Qeyd edək ki, 2025-ci ildən komadamızda çıxış edən Ronaldo Vaskez 46 oyunda formamızı geyinib. Dominikan Respublikası millisinin oyunçusu həmin qarşılaşmalarda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.