×

"Sumqayıt" FK ilk turda "Neftçi" ilə qarşılaşıb

16 Avqust 2026

Misli Premyer Liqası, 1-ci tur

"Sumqayıt" - "Neftçi" 1:3

16 avqust 2026. Saat 19:00. SOCAR Polymer Arena, 1350 tamaşaçı

Baş hakim: Kamal Umudlu

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov

Dördüncü hakim: Əkbər Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Nihad Əhmədzadə, 74 (qeyri-idman hərəkəti) // Falaye Sako, 47 (qeyri-idman hərəkəti); Sessi Dalmeyda, 74 (qeyri-idman hərəkəti); Breno Almeyda, 74 (oyunun bərpasının ləngidilməsi); Lyubomir Tupta, 88 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Səbuhi Abdullazadə, 74 (təcavüzkar davranış)

Qollar: Nadir Orucov, 67 // Breno Almeyda, 23, 55; Lyubomir Tupta, 31

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 17. Nihad Əhmədzadə, 75. Nadir Orucov (10. Ronaldo Vaskez, 81), 97. Vüsal Paşayev (11. Aleksa Yankoviç, 46), 9. Jeam Oliveyra (21. Tiaqo Almeyda, 88), 4. İsa Suliman, 42. Sedrik Badolo (20. Ayxan Süleymanlı, 66), 55. Lukas Blek, 5. Renan Santana.

Ehtiyat oyunçular: 12. Aftandil Arixov, 34. Ülvi Abbaslı

Baş məşqçi: Filipe Kandido

 

“Neftçi”: 1. Emil Balayev, 8. Emin Mahmudov (k) (20. Qustavo Klisman, 65), 14. Elvin Bədəlov, 7. Emil Səfərov (55. Endryu Qravilyon, 86), 3. Rüfət Abbasov (24. Mustafa Sek, 86), 77. Falaye Sako, 6. Sessi Dalmeyda (4. Elvin Camalov, 78), 5. İqor Ribeyro, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 10. Freddi Varqas (11. Alen Şkribek, 65).

Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 81. Məhdi Həsənov, 17. Murad Xaçayev, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 70. Andrey Ştoqrin.

Baş məşqçi: Yuri Vernidub

 

Misli Prremyer Liqasında 2026/27-ci illər mövsümünə start verilib. "Sumqayıt" FK açılış turunda "SOCAR Polymer Arena"da "Neftçi" ilə qarşılaşıb. Komandamız rəqibinə 1:3 hesabı ilə məğlub olub.

 

Filipe Kandido ("Sumqayıt" FK-nın baş məşqçisi): “Əvvəlcə “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Rəqib yaxşı oyun göstərib qələbə qazananda onları hər zaman təbrik etməyi özümə borc bilmişəm. Oyunçularıma da bu cür ağır oyunda göstərdikləri mübarizəyə görə təşəkkür düşür. Kornerdən vurulan ilk qola qədər demək olar ki “Neftçi” təhlükəli vəziyyət yarada bilmirdi. Həmin qolla rəqib sanki özünəinamı əlinə ala bildisə, biz onu itirdik. İkinci hissəyə dəyişikliklərlə başladıq. Oyunda geridönüş etməyə çalışırdıq. Bəlkə də oyunçu sayı bərabər olsaydı, buna nail ola bilərdik”.