“Sumqayıt” FK səfərdə “Turan Tovuz”la qarşılaşıb
Misli Premyer Liqası, 4-cü tur
"Turan Tovuz" - "Sumqayıt" 2:1
6 sentyabr 2026. Saat 18:00. Tovuz şəhər stadionu, 4200 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Kərim Zeynalov
Dördüncü hakim: Ruslan Quliyev
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Roberto Olabe, 44 (qeyri-idman hərəkəti); Hayderson Hurtado, 72 (qeyriidman hərəkəti); Rəhim Sadıxov, 76 (qeyri-idman hərəkəti); Aleksey Kenyaykin, 90+3 (oyunun bərpasının ləngidilməsi) // Ronaldo Vaskez, 19 (qeyri-idman hərəkəti); Sedrik Badolo, 33 (qeyri-idman hərəkəti); Höccət Haqverdi, 45+2 (hakimin qərarına etiraz); İsa Suliman, 76 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Vinçenzo Çestaro, 60 (texniki zona qaydalarını pozduğuna görə) // Vurğun Hüseynov, 36 (texniki zona qaydalarını pozduğuna görə); Şahin Abdullayev, 60 (texniki zona qaydalarını pozduğuna görə)
Qollar: Joarlem Santos, 20; Xorxe Silva, 60 // Ronaldo Vaskez, 9
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.
“Turan Tovuz”: 35. Aleksey Kenyaykin, 17. Rəhim Sadıxov (4. Rahil Məmmədov, 90+3), 3. Enrike Silva, 90. Jo Batista (21. Stiv Beusnar, 84), 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 33. Filip Damyanoviç, 8. David Tavareş (23. Alexandro Serrano, 78), 11. Dioqo Balau (77. Vadji İbrahima, 78).
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 5. Roderik Miller, 25. Denis Marandiçi.
Baş məşqçi: Kurban Berdiyev
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi (k) (29. Emil Mustafayev, 72), 7. Rüstəm Əhmədzadə, 17. Nihad Əhmədzadə (11. Aleksa Yankoviç, 78), 4. İsa Suliman, 42. Sedrik Badolo, 10. Ronaldo Vaskez (9. Jeam Oliveyra, 62), 80. Keffel Resende (97. Vüsal Paşayev, 78), 55. Lukas Blek, 21. Tiaqo Almeyda (75. Nadir Orucov, 62), 5. Renan Santana.
Ehtiyat oyunçular: 12. Aftandil Arixov, 34. Ülvi Abbaslı.
Baş məşqçi: Filipe Kandido
Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilib. "Sumqayıt" FK səfərdə "Turan Tovuz"la qarşılaşıb. Oyunda hesabı açan tərəf komandamız olsa da, yekun hesab rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Şamaxı"nı qəbul edəcək. Sentyabrın 12-də "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşmaya saat 19:45-də start veriləcək.
Filipe Kandido ("Sumqayıt" FK-nın baş məşqçisi): “İlk təəssüratlarım bu yöndədir ki, nəticə oyuna görə olmadı. Bu gün xal və xallar qazana bilərdik. Baş məşqçi kimi nəticədən narazı olsam da, oyunumuzda gördüyüm irəliləyiş məni qane etdi. Düşünürəm ki, qarşıdakı matçlarda daha da yaxşı oyun nümayiş etdirəcəyik. Oyun ərzində bir neçə real epizodumuz oldu. Təəssüflər olsun ki onları qola çevirə bilmədik. Düşünürəm ki komandamda çatışmayan cəhət məhz budur. “Turan Tovuz” kimi iddialı kollektivlərə qarşı belə epizodları dəyərləndirə bilməyəcəksənsə, bu cür nəticə qaçılmazdır”.