×

Aleksa Yankoviç “Turan Tovuz”a transfer olub

10 Sentyabr 2026

“Sumqayıt” FK ilə “Turan Tovuz” PFK arasında əldə olunan anlaşmaya əsasən yarımmüdafiəçi Aleksa Yankoviçin Tovuz təmsilçisinə transferi baş tutub. 26 yaşlı futbolçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

 

Qeyd edək ki, Aleksa Yankoviç 2025/26 mövsümündən etibarən komandamızda çıxış edirdi. O, “Sumqayıt” FK-nın heyətində ümumilikdə keçirdiyi 39 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.