×
☰

“Sumqayıt” FK “Şamaxı” ilə heç-heçə edib

12 Sentyabr 2026

Misli Premyer Liqası, 5-ci tur

"Sumqayıt" - "Şamaxı" 1:1

12 sentyabr 2026. Saat 19:45. SOCAR Polymer Arena, 1350 tamaşaçı

Baş hakim: Əli Əliyev

Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Teymur Teymurov

Dördüncü hakim: İnqilab Məmmədov

VAR: Vüqar Həsənli

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Sarı vərəqələr: Rüstəm Əhmədzadə, 19 (qeyri-idman hərəkəti); Lukas Blek, 33 (qeyri-idman hərəkəti); Renan Santana, 86 (qeyri-idman hərəkəti)

Qollar: Jeam Oliveyra, 25 // Edqar Adilxanov, 54

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 3 dəq.

 

“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 17. Nihad Əhmədzadə, 9. Jeam Oliveyra (11. Mamadi Banqre, 71), 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskez (97. Vüsal Paşayev, 80), 80. Keffel Resende, 55. Lukas Blek (29. Emil Mustafayev, 63), 21. Tiaqo Almeyda (75. Nadir Orucov, 80), 5. Renan Santana.

Ehtiyat oyunçular: 12. Aftandil Arixov, 34. Ülvi Abbaslı, 27. İmani Barker.

Baş məşqçi: Filipe Kandido

 

“Şamaxı”: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov (8. Teşaqer Dequ, 79), 10. Edqar Adilxanov (14. Uğur Cahangirov, 68), 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Bouali (80. Həbib İsmayılov, 68), 3. Jota, 19. Abdullahi Şuaybu (9. Tornike Axvlediani, 46), 4. Rui Paşeko, 52. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə.

Baş məşqçi: Azər Bağırov

 

Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilib. "Sumqayıt" FK "SOCAR Polymer Arena"da "Şamaxı"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti tur səfərdə "Kəpəz"lə üz-üzə gələcək. Sentyabrın 20-də Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək. 

 

Filipe Kandido ("Sumqayıt" FK-nın baş məşqçisi): “Düşünürəm ki həm ilk, həm də ikinci hissədə kifayət qədər qol imkanları yaratdıq. Təəssüf ki bunların birindən başqa heç birindən istifadə edə bilmədik. Bugünkü rəqibimiz də digərləri kimi güclü və təhlükəli idi. Fikrim düzgün çıxmaya bilər, amma məncə komandam bu gün bir xaldan daha çoxuna layiq idi. Onlarda müəyyən qədər inkişaf görürəm. Ümidvaram ki növbəti oyunlarda qələbə qazana biləcəyik”.