“Sumqayıt” FK Marko Yohansson ilə müqavilə imzalayıb
19 Sentyabr 2026
2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu keçidini reallaşdırıb. Komandamız son klubu Təbrizin “Traktor” klubu olan qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə imzalayıb. 28 yaşlı isveçli futbolçu “16” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Malmö” yetirməsi olan Marko Yohansson karyerası boyunca “Hamburq”, “Bohum”, “Ayntraxt” (Braunşveyq) kimi klublarda çıxış edib. O vətəni İsveçin U-15-U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.