"Sumqayıt" FK-dan ardıcıl ikinci qələbə
Misli Premyer Liqası, 8-ci tur
"Sumqayıt" - "Araz-Naxçıvan" 2:1
16 oktyabr 2026. Saat 19:00. SOCAR Polymer Arena, 1200 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Zöhrab Abbasov
Dördüncü hakim: Murad Səlimov
VAR: Əkbər Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Lukas Blek, 84 (qeyri-idman hərəkəti); Keffel Resende, 89 (qeyri-idman hərəkəti); Ayxan Süleymanlı, 90+4 (qeyri-idman hərəkəti) // Ağadadaş Salyanskiy, 84, 86 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 89 (qeyri-idman hərəkəti); Ceyhun Nuriyev, fasilədə (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Ağadadaş Salyanskiy, 86
Qollar: Ronaldo Vaskez, 62; Nihad Əhmədzadə, 81 // Alberto Fernandes, 33
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.
“Sumqayıt”: 16. Marko Yohanson 29. Emil Mustafayev (19. Roi Kehat, 81) 17. Nihad Əhmədzadə (27. İmani Barker, 90+1) 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez (20. Ayxan Süleymanlı, 87) 80. Keffel Resende 55. Lukas Blek 11. Mamadi Banqre (75. Nadir Orucov, 90+1) 21. Tiaqo Almeyda 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Aftandil Arixov 3. Höccət Haqverdi 97. Vüsal Paşayev 23. Rüfət Əhmədov 37. Nihad Orucəli
Baş məşqçi: Filipe Kandido
“Araz-Naxçıvan”: 99. Tərlan Əhmədli 8. Mustafa Əhmədzadə 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro (12. Bruno Franko, 22) 11. Mohamed Mara 36. Mamadu Kane 10. Şarl Boli (7. Rövlan Muradov, 65) 5. Luka Dumançiç 23. Alberto Fernandes (29. Ceyhun Nuriyev, 80)
Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 13. Qabil Əlizadə 2. Abdulla Rzayev 53. Fərid Tağıyev 21. İbrahim Piriyev 19. Abdallah Sudi
Baş məşqçi: Yuri Maksimov
Misli Premyer Liqasında 8-ci turun oyunları keçirilib. "Sumqayıt" FK doğma meydanda "Araz-Naxçıvan"la üz-üzə gəlib. Oyunun ilk hissəsində hesabda geri düşən komandamız fasilədə toparlanmağı bacarıb və rəqibi üzərində 2:1 hesablı qələbə qazanmağa müvəffəq olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə"nin qonağı olacaq. Oktyabrın 23-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.
Filipe Kandido ("Sumqayıt" FK-nın baş məşqçisi): "Nəticəyə görə çox xoşbəxtəm. Futbolçular, azarkeşlərimiz bu qələbəyə layiq idi. Həmişə daha çox çalışmağın bəhrəsini verəcəyinə inanıram. Oyundan-oyuna artırmağımız gözləniləndir. Bəzən qələbədən sonra futbolçularda arxayınlıq yaranır. Ötən matçdan sonra futbolçulara bununla bağlı xəbərdarlıq etmişdim. Bugünkü görüşə yaxşı başlamadıq. Rəqib 4 orta xətt oyunçusu ilə meydana çıxmışdı. Bu, bizim üçün sürpriz oldu. İlk 10 dəqiqə rəqibi necə bağlayacağımızı düşünürdük. “Araz-Naxçıvan”ın fərdi bacarıqları olan futbolçuları var. Bəsit bir top itkisindən sonra rəqibə qol imkanı verdik. Fasilədə bəzi şeyləri dəyişdik. Komandamız daha yaxşı oynamağa başladı. Bəzi anlarda birəbir pressinq tətbiq etdik. Bir neçə qol imkanları əldə etdik və yekunda qələbə qazandıq”.