×

"Sumqayıt" FK səfərdə "Turan Tovuz" üzərində qələbə qazanıb

31 Mart 2023

Misli Premyer Liqası, 28-ci tur

"Turan Tovuz" - "Sumqayıt" 2:3

31 mart 2023. Saat 15:30. Tovuz şəhər stadionu, 3500 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Eyyub İbrahimov
Dördüncü hakim: Səbuhi Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Denis Marandiçi, 73 (qeyri-idman hərəkəti); Okebuqvu Henri, 86 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 87 (qeyri-idman hərəkəti) // Stiven Pereyra, 47 (qeyri-idman hərəkəti); Murad Xaçayev, 87 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Vüqar Mustafayev, 90+4 (ciddi qayda pozuntusu)
Qollar: Natan Oduva, 7; Runi Eva, 33 // Kamran Aliev, 11, 68; Dieqo Karioka, 58 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

“Turan Tovuz”:  85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov (77. Cavid Tağıyev, 82), 10. Xəyal Nəcəfov (23. Okebuqvu Henri, 72), 8. Şakir Seyidov (7. Ehtiram Şahverdiyev, 46), 30. Piruzi Marakvelidze (6. Turan Vəlizadə, 42), 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi (11. Ayxan Quseynov, 46).

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov.

Baş məşqçi: Ayxan Abbasov

 

 

“Sumqayıt”: 25. İlnur Valiev 3. Vurğun Hüseynov (k) (9. Karim Abubakar, 79), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli (18. Süleyman Əhmədov, 84), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka (37. Alya Ture, 69), 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata.

 

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 28-ci tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Turan Tovuz" ilə qarşılaşıb. Komandamız ilk hissədə hesabda geri düşsə də, oyunun ikinci yarısında nəticəni xeyrinə dəyişməyi bacarıb. Samir Abasovun yetirmələri rəqibi üzərində 3:2 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"ni qəbul edəcək. Aprelin 8-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək. 

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Komandamı təbrik edirəm. Həddən artıq möhkəm komandaya qarşı oynadıq. Mübarizəyə bu qədər önəm verən rəqibə qarşı səfərdə oynamaq çox çətindir. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Geriyə düşməyimizə baxmayaraq, futbolçular intizamı qoruyub saxladılar, oyundan qopmadılar. Yaxşı oyunla qələbə qazandıq. Son mərhələyə girmişik. Qalan 8 oyunun hər biri bizim üçün çox önəmlidir".