×

"Sumqayıt" FK "Şamaxı" ilə heç-heçə edib

16 Aprel 2023

Misli Premyer Liqası, 30-cu tur
"Şamaxı" - "Sumqayıt" 0:0
16 aprel 2023. Saat 16:00. Şamaxı şəhər stadionu, 1500 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Kamran Bayramov
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Cavid Cəlilov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Zahid Mərdanov, 29 (qeyri-idman hərəkəti); Cəlal Hüseynov, 45+1 (qeyri-idman hərəkəti) // Stiven Pereyra, 9 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 86 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli (22. Elçin Mustafayev, 83), 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov (9. Amil Yunanov, 64), 80. Zahid Mərdanov (4. Arsen Ağcabəyov, 83), 29. Ramin Əhmədov (83. Nihad Quliyev, 71).

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 11. Kamran Quliyev, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov.

Baş məşqçi: Vüqar Əsgərli


“Sumqayıt”: 25. İlnur Valiev, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə (37. Alya Ture, 68), 5. Stiven Pereyra, 9. Karim Abubakar, 23. Kamran Aliev (7. Terrens Tisdel, 87), 12. Todor Todoroski, 71. Masaki Murata.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə.

Baş məşqçi: Samir Abasov

Misli Premyer Liqasında 30-cu turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Şamaxı" ilə qarşılaşıb. 90 dəqiqənin yekununda qapılara top vurulmayıb (0:0).
Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qəbələ"ni qəbul edəcək. Aprelin 23-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk dəqiqələrdən gərginlik hiss olunurdu. Hər iki komanda səhv etməkdən qorxurdu. Bu gün itirilən xal fəlakətə bərabər ola bilərdi. Şamaxı çox çətin səfərdir. Meydança, hava amili təsir edir. Bəzi məqamlarda üstünlüyü ələ keçimişdik. Daha qətiyyətli olsaydıq, 3 xalla dönə bilərdik. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Amma buna heyifsilənmirik. Çempionat davam edir. Bura gələn azarkeşlərə də təşəkkür edirəm. Futbolçularım xal itkisinə görə üzülmüşdü və birbaşa meydançanı tərk etdilər. Ancaq sonra yenidən meydana qayıdıb, onlara təşəkkür etdilər. Azarkeşlərin dəstəyinin qarşılığını verməyə çalışacağıq".