×

Vaqif Cavadov “Sumqayıt-2"-nin baş məşqçisi təyin olunub

21 Aprel 2023

U-19 komandamızın baş məşqçisi Vaqif Cavadov “Sumqayıt-2”-nin baş məşqçisi təyin olunub. Cavadovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.


Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi “Sumqayıt” FK-nın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandamızın baş məşqçisi postunda keçirdiyi 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.