×

"Sumqayıt" FK səfərdə "Kəpəz" üzərində qələbə qazanıb

29 Aprel 2023

Misli Premyer Liqası, 32-ci tur

"Kəpəz" - "Sumqayıt" 0:1

29 aprel 2023. Saat 16:00. Qəbələ şəhər stadionu, 300 tamaşaçı
Baş hakim:
 Tural Qurbanov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Zöhrab Abbasov
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Süleyman Əhmədov, 42 (qeyri-idman hərəkəti); Kamran Əliyev, 53 (qeyri-idman hərəkəti); Dieqo Karioka, 88 (oyunun bərpasının ləngidilməsi)
Qol: Vüsal İsgəndərli, 64
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

“Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev (5. İdris İnqilablı, 83), 10. Salif Sisse (19. Abdullahi Şuaybu, 46), 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior.

 

Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 66. Arzu Atakişiyev.

 

Baş məşqçi: Tərlan Əhmədov

 

 

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli (22. Dieqo Karioka, 85), 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 9. Karim Abubakar, 23. Kamran Aliev, 12. Todor Todoroski (8. Səbuhi Abdullazadə, 70), 71. Masaki Murata.

 

Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 24. Elşən Abdullayev, 20. Ayxan Süleymanlı, 5. Stiven Pereyra, 7. Terrens Tisdel.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 32-ci tura start verilib. "Sumqayıt" FK bu turda səfərdə "Kəpəz"in qonağı olub. Samir Abasovun yetirmələri rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Səbail"i qəbul edəcək. Mayın 7-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün bizə çox vacib xallar lazım idi, uduzmamalı idik. Futbolçularda gərginlik var idi. Onlara bildirmişdik ki, bu gün mübarizə olacaq, hər mübarizədən qalib çıxmalıyıq. Kim bir qol vursa, o da oyunu aparacaqdı. Həmin qolu biz vurduq, gözəl də qol alındı. Ondan əvvəl də Vüsalın yüz faizlik epizodu var idi. Yorğun və enerji itirmiş halda buradan evə qayıdırıq. Qəbələdə oynamaq çətindir. Buna baxmayaraq yaxşı mübarizə apardıq. Hazırda 6-cı yerdən 1 xal geridəyik. İndi yalnız "Səbail"lə növbəti oyunu fikirləşirik. Bundan sonra planlar qura bilərik. 6-cı yer xoş olar. Amma çempionatda qalmaq bizim üçün daha vacibdir".