×

Qızlarımız “Neftçi”yə qalib gəlməklə çempionluq yolunda önəmli addım atıb

1 May 2023

AFFA-nın təşkilatçılığı ilə keçirilən Yüksək Qızlar Liqasında növbəti oyunlar baş tutub. “Sumqayıt” FK “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Neftçi”ni qəbul edib. Komandamız Aliyə Dövlətlinin vurduğu yeganə qolla rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, “Sumqayıt” FK keçirdiyi 17 görüşün heç birində məğlubiyyət üzü görməyib (13 qələbə, 4 heç-heçə). Hücumçumuz Şəfəq Nəsirova isə 64 qolla çempionatın bombardiridir.

 

Yüksək Qızlar Liqası

“Sumqayıt” – “Neftçi” 1:0

Qol: Aliyə Dövlətli.