"Sumqayıt" FK Antalyadadır
5 Yanvar 2023
"Sumqayıt" FK Premyer Liqasının ikinci yarısına hazırlaşmaq üçün Türkiyənin Antalya şəhərinə yola düşüb. Yanvarın 18-dək Lara bölgəsindəki "Concorde De Luxe" hotelində məskunlaşacaq komandamız bu müddət ərzində iki yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi ilə bağlı məlumat veriləcək.