“Sumqayıt” FK “Yüksək Liqa”nın çempionu olub
AFFA-nın təşkilatçılığı keçirilən qızlar üzrə “Yüksək Liqa”da sonuncu turun oyunları keçirilib. “Sumqayıt” FK “Kapital Bank Arena”da 8 №-li İOEUGİM kollektivi ilə qarşılaşıb. Komandamız 7:4 hesabı ilə qalib gəlib. Ləman Mustafazadənin het-trik, Nübar Eminovanın isə dubl etdiyi qarşılaşmada digər qollarımızın müəllifləri Firuzə Şıxıyeva və Rövşanə Sərdarlı olub.
Qarşılaşmanın ardınca “Yüksək Liqa”nın mükafatçılarının təltifetmə mərasimi keçirilib. Futbolçulara medal və diplomları “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova və U-17 (qadınlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.
Beləliklə, “Sumqayıt” FK “Yüksək Liqa”nın məğlubiyyətsiz çempionu adını qazanıb. Qızlarımız keçirdiyi 18 qarşılaşmada 14 qələbə və 4 heç-heçə əldə etməklə 46 xal toplayıb. Hücumçumuz Şəfəq Nəsirova isə 64 qolla çempionatın bombardiri olub.
Yüksək Qızlar Liqası
“Sumqayıt” – 8 №-li İOEUGİM 7:4
Qollar: Ləman Mustafazadə (3), Nübar Eminova (2), Firuzə Şıxıyeva, Rövşanə Sərdarlı.