×

Hər şey üçün təşəkkürlər, KAPİTAN!

19 İyun 2023

Vurğun Hüseynovla “Sumqayıt” Futbol Klubu arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Kapitana klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Qeyd edək ki, Vurğun Hüsüynov 2013/14 mövsümündən etibarən “Sumqayıt” FK-nın şərəfini qoruyurdu. Son mövsümə qədər komandamızda 215 çempionat oyunu keçirmiş təcrübəli müdafiəçi 3 dəfə rəqib qapılarına yol tapıb.