×

“Sumqayıt” FK Rövlan Muradovla müqavilə imzalayıb

21 İyun 2023

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti futbolçu keçidini reallaşdırıb. Komandamız son olaraq “Qəbələ”də çıxış etmiş Rövlan Muradovla 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Rövlan Muradov peşəkar karyerası ərzində yalnız “Qəbələ” klubunun uğurları üçün çalışıb. Yarımmüdafiəçi U-19, U-21 və əsas milli komandalarımıza da cəlb olunub.