×

“Sumqayıt” FK Erik Sorqa ilə müqavilə imzalayıb

17 İyul 2023

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK ilk əcnəbi futbolçu keçidini həyata keçirib. Komandamız son mövsüm Bolqarıstanın “Lokomotiv Plovdiv” klubunda çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.


Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv Plovdiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.