×

"Sumqayıt" FK mövsümə qələbə ilə başladı

6 Avqust 2023

Misli Premyer Liqası, 1-ci tur

"Səbail" - "Sumqayıt" 1:4

5 avqust 2023. Saat 18:30. “ASCO Arena”, 500 tamaşaçı
Baş hakim:
Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Fərid Hacıyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Nir Bardea, 34 (qeyri-idman hərəkəti); David Qomis, 51 (hakimin qərarına etiraz); Pedro Nuno, 69 (qeyri-idman hərəkəti) // Səbuhi Abdullazadə, 69 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 74 (qeyri-idman hərəkəti)
Qollar: David Qomis, 62 // Rövlan Muradov, 27; Erik Sorqa, 67 (p.); Kamran Quliyev, 69; Səbuhi Abdullazadə, 76
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

“Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k) (11. Rüfət Abdullazadə, 85), 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 99. David Qomis, 90. Aleksandr Ramalinqom (19. Samir Abdullayev, 90), 27. Pedro Nuno (9. Amil Yunanov, 85), 55. Nir Bardea, 44. Yadin Luqasi (8. Bahadur Həziyev, 85).

 

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 4. Adi Mehremiç.

 

Baş məşqçi: Şahin Diniyev


 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov (21. Nihad Əhmədzadə, 87), 17. Murad Xaçayev, 30. Kamran Quliyev (10. Kamran Aliev, 72), 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (20. Ayxan Süleymanlı, 72), 4. İsa Suliman, 9. Erik Sorqa (60. Tresor Mossi, 87), 71. Masaki Murata (58. Oktavio Manteka, 85).

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 41. Uğur Cahangirov.

 

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 2023/24-cü illər mövsümünə start verilib. "Sumqayıt" ilk turda səfərdə "Səbail"lə qarşılaşıb. Samir Abasovun yetirmələri rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazanıb.

 

Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Sabah"ı qəbul edəcək. Avqustun 13-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 21:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Mövsümə uğurlu başlamaq xoşdur. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Ağır şəraitdə oynadıq. Oyuna pis başlamadıq. İlk hissənin sonuna kimi matç bizim nəzarətimizdə idi. Sonra bir az panika hiss olundu. Hər cür epizodlar oldu. Futbolçular işlərinin öhdəsindən yaxşı gəldilər. Öz gücümüzə inanırıq. Bacardığımız qədər yuxarı pillələrə oynayacağıq. Kubok da bizim kimi komandalar üçün yaxşı şansdır. Amma bu il çempionat çox gərgin olacaq".