×

"Sumqayıt-2" ilk turda "Səbail-2" üzərində qələbə qazanıb

6 Avqust 2023

Əvəzedicilər Liqasında 2023/24-cü illər mövsümünə start verilib. “Sumqayıt-2” ilk turda “Səbail-2”-nin qonağı olub. Vaqif Cavadovun yetirmələri rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. Uğur Cahangirovun dubl etdiyi qarşılaşmada digər qolumuzun müəllifi isə Qabil Əlizadə olub.

 

Əvəzedicilər Liqası

"Səbail-2" - "Sumqayıt-2" 1:3

Qollar: İftixar İbrahimov, 3 - Uğur Cahangirov, 7; 39 (p.), Qabil Əlizadə, 45.