×

"Sumqayıt" - "Sabah" qarşılaşması təxirə salınıb

12 Avqust 2023

Misli Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilməli olan "Sumqayıt" - "Sabah" qarşılaşması təxirə salınıb. Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən “Sabah” klubu Serbiyanın “Partizan” klubu ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 2-ci turunun “Sumqayıt” FK ilə görüşünün təxirə salınması barədə klubumuza müraciət edib.


“Sabah” klubunun rəsmi müraciətini nəzərə alan “Sumqayıt” klubu ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını əsas götürərək müraciətə müsbət cavab verib. Beləliklə, Misli Premyer Liqasının 13 avqust tarixinə nəzərdə tutulmuş “Sumqayıt” - “Sabah” oyunu təxirə salınıb. Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in saytında veriləcək.


“Sumqayıt” Futbol Klubu olaraq ölkəmizi avrokuboklarda təmsil edən “Sabah”a və digər təmsilçilərimizə uğurlar arzulayırıq!