×

“Sumqayıt” FK Abu Dosso ilə müqavilə imzayıb

23 Avqust 2023

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə anlaşıb. Komandamız son mövsümü İsrailin “Bney Saxnin” klubunda çıxış etmiş Fil Dişi Sahilindən olan futbolçu Abu Dosso ilə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı cinah müdafiəçisi “12” nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, Abu Dosso peşəkar karyerası ərzində İsrailin “Rişon Lezion”, “Hapoel” (Təl-Əviv) və “Bney Saxnin” klublarında çıxış edib.