×

"Sumqayıt" FK "Araz Naxçıvan"la heç-heçə edib

26 Avqust 2023

"Araz Naxçıvan" - "Sumqayıt" 1:1

25 avqust 2023. Saat 20:00. “Dalğa Arena”, 350 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Asiman Əzizli
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Kadiri Mohammed, 45 (qeyri-idman hərəkəti) // Kamran Aliev, 29 (qeyri-idman hərəkəti); Oktavio Manteka, 49 (qeyri-idman hərəkəti); Erik Sorqa, 52 (qeyri-idman hərəkəti); Elvin Bədəlov, 75 (qeyri-idman hərəkəti); Ayxan Süleymanlı, 90+1 (qeyri-idman hərəkəti)
Qollar: Turan Manafov, 73 // Rövlan Muradov, 63 (p.)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev (39. Tural Bayramlı, 64), 3. Turan Manafov, 7. Nicat Süleymanov (23. Nuno Rodriqes, 64), 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 42. Kadiri Mohammed (6. Vadim Abdullayev, 46), 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui (9. Elvis Maşike, 64), 27. Numan Kurdiç (k).

 

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov

Baş məşqçi: Azər Bağırov

 

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (20. Ayxan Süleymanlı, 80), 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Aliev (12. Abu Dosso, 80), 9. Erik Sorqa (30. Kamran Quliyev, 56), 71. Masaki Murata (6. Vüqar Mustafayev, 64).

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 21. Nihad Əhmədzadə, 16. Tural Axverdiyev,  60. Tresor Mossi.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 4-cü tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Araz Naxçıvan"la qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"ni qəbul edəcək. Sentyabrın 2-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 20:30-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyunun bəzi hissələrində rəqib üstünlüyü ələ almışdı. Keçənilki vəziyyəti nəzərə alsaq, bu mövsüm çempionatın üç oyununda da xal götürmək bizim üçün yaxşı haldır. Vaxtımız var, hazırlaşacağıq. Yeni gələn oyunçuların fiziki durumunun aşağı olması bizə əziyyət verir. Oyun tonusunu matçboyu saxlaya bilmirik. Amma birinci hissədə xoş olan məqamlar var idi, yaxşı hücumlar qururduq. İstəyirik ki, bunu bütün oyun edək. Alınsa, daha yaxşı komanda görəcəyimizə inanıram".