×

"Sumqayıt" FK "Neftçi" ilə qarşılaşıb

3 Sentyabr 2023

Misli Premyer Liqası, 5-ci tur

"Sumqayıt" - "Neftçi" 0:1

2 sentyabr 2023. Saat 20:30. “Kapital Bank Arena”, 1326 tamaşaçı
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Cəmil Quliyev
Dördüncü hakim: Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Kenni Sayef, 8 (qeyri-idman hərəkəti); Yuri Matias, 55 (hakimin qərarına etiraz); Aaron Olanare, 88 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, oyundan sonra (qeyri-idman hərəkəti)
Qol: Dieqo Valdez, 74
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (9. Erik Sorqa, 69), 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (71. Masaki Murata, 64), 58. Oktavio Manteka (60. Tresor Mossi, 90), 12. Abu Dosso (20. Ayxan Süleymanlı, 64), 4. İsa Suliman, 10. Kamran Aliev (11. Kasimir Ninqa, 64).

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 16. Tural Axverdiyev.

Baş məşqçi: Samir Abasov

 

 

“Neftçi”: 1. İvan Brkiç, 10. Filip Ozobiç (11. Kilan Lebon, 46), 8. Emin Mahmudov (k) (3. Höccət Haqverdi, 82), 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber (6. Dieqo Valdez, 64), 99. Ervin Koffi (21. İsmayıl Zülfüqarlı, 46), 44. Yuri Matias, 9. Andre Şinyaşiki (25. Aaron Olanare, 64).

 

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski.

 

Baş məşqçi: Adrian Mutu

 

Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilib. "Sumqayıt" FK "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib. Komandamız minimal hesabla məğlub olub (0:1).

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Pis oynamadıq. Doğrudur, görəcəyimiz işlər çoxdur. Amma əvvəlki üç turdakı ikinci yarıda komanda çox əziyyət çəkirdi. Məncə, komanda 3-4 turdan sonra fiziki sarıdan tam hazır olacaq. Oyunumuz da pis alınmadı. İlk yarıda iki qapıda da epizodlar olmadı. Konsentrasiyamız yaxşı idi. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Böyük qüvvə ilə irəli getdik. Daha yaxşı olacağıq. Çünki komandamız gec yığışıb, transferlərimiz də gec gəlib. Amma buna görə heç kimi qınamıram. Bu işin içində özüməm. Bu cür oyunlar önəmlidir. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm. Sona qədər bizə dəstək oldular".